Shopping cart

Hadisə

Nigar Fərhadın əri yenidən həbs olundu

Email 18

“AİD Group” xaricdə təhsil şirkətinin həbsdə olan rəhbəri Samir Yəhyazadə ev dustaqlığına buraxılsa da, yenidən həbs edilib.

“Qasid Media” APA-ya istinadən xəbər verir ki, ev dustaqlığına buraxılma ilə bağlı qərarı Binəqədi Rayon Məhkəməsi verib.

Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Samir Yəhyazadə məhkəmə zalında qandallanıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2, 178.2.1, 178.2.2, 178.2.4 (külli miqdarda dələduzluq) və 318-1.1 və 320-1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər