Email 43
Bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ 50-dən çox insanın həyatına son qoyub.
“Qasid Media” “BluRadio”ya istinadən xəbər verir ki, ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.
Həmçinin bir neçə şəhərdə genişmiqyaslı dağıntılar və yaralananlar var.
Zəlzələnin fəsadları ilə mübarizə aparmaq üçün Kolumbiya Silahlı Qüvvələri beş xilasedici dəstəni hazır vəziyyətə gətirib.
Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub.










