Shopping cart

  • Home
  • Hadisə
  • Kabo Verdedə avtobus uçuruma yuvarlanıb, 22 nəfər həlak olub
Hadisə

Kabo Verdedə avtobus uçuruma yuvarlanıb, 22 nəfər həlak olub

Email 39

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən “Lusa” agentliyi məlumat yayıb.

Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.

Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.

“6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır”, – məlumatda qeyd olunub.

Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.

Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər