Shopping cart

  • Home
  • Uncategorized
  • İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb
Dünya

İsrail Qəzzanın cənubunda HƏMAS-ın bölük komandirini öldürüb

Email 70

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub hissəsində son vaxtlar İsrail qüvvələrinə hücumlar edən HƏMAS-ın bölük komandirini öldürüb.

“Qasid Media” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.

Məlumata görə, zərbə avqustun 13-də Xan-Yunis ərazisinə endirilib. Nəticədə İsrail hərbçilərinin HƏMAS-ın Xan-Yunisdəki briqadasının bölük komandiri adlandırdıqları Hüdeyfə Xalid Süleyman Kavari ölüb.

İsrail ordusunun məlumatına görə, müharibə zamanı Kavari HƏMAS yaraqlılarının hazırlığı və silahların daşınması ilə məşğul olub, eləcə də qruplaşmanın döyüş qabiliyyətinin bərpasında iştirak edib.

İsrail hərbçiləri bildiriblər ki, zərbə qüvvədə olan atəşkəsə baxmayaraq endirilib, çünki Kavari İsrail hərbçilərinə qarşı hücum əməliyyatlarını davam etdirirdi.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər