Shopping cart

  • Home
  • Dünya
  • İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
Dünya

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib

Email 13

İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında endirilən bir neçə aviazərbə nəticəsində HƏMAS-ın hərbi qanadının dörd yaraqlısının öldürüldüyünü bəyan edib.

“Qasid Media” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Bəyanata əsasən, oktyabrın 31-də endirilmiş iki ayrı zərbə zamanı HƏMAS-ın hərbi qanadının möhkəmləndirilməsi və Qəzza zolağında onun imkanlarının artırılması ilə məşğul olan Nəbil Həmad, eləcə də, snayper bölməsinin komandiri Mühənnəd Nader Mahmud Dəhdux öldürülüb.

Bundan başqa, oktyabrın 22-də endirilmiş iki zərbə nəticəsində daha iki yaraqlı – Vael Naif Fəhmi Musəlləm, İsrail ordusu onu “Nuhba” bölməsinin üzvü adlandırır, eləcə də raket qoşunları bölməsinin komandiri Ərəfat Kamal Məhəmməd Arair öldürülüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər