Shopping cart

Hərbi

İsrail ordusu Qəzzada qalacaq

Email 47

İsrail ordusu Qəzza zolağında “sarı xətt” adlandırılan mövqelərdən geri çəkilməyi planlaşdırmır və hazırkı mövqelərini qoruyacaq.

“Qasid Media” xəbər verir ki, bunu İsrail hökumət başçısının müşaviri Dmitri Hendelman Baş nazir Binyamin Netanyahunun ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerlə görüşünün yekunları barədə danışarkən deyib.

Hendelman qeyd edib ki, İsrail Müdafiə Ordusu öz hərbçilərinə və vətəndaşlarına qarşı təhdidlərin qarşısını almağa davam edəcək. Onun sözlərinə görə, İsrail silahlı radikallara qarşı hədəfli zərbələr siyasətindən də imtina etməyəcək.

O əlavə edib ki, Fələstin qruplaşması tamamilə tərksilah olunana qədər Qəzzanın bərpasına başlanılmayacaq. Hendelmanın sözlərinə görə, demilitarizasiyanın ilk addımı HƏMAS-dan silahlarını ABŞ-ın nəzarəti altında təhvil verərək məhv edilməsini tələb etmək olmalıdır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər