Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanına məxsus “NCC Ghazal” neft tankerinə ballistik raketlərlə hücum edib.
“Qasid Media” xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səria öz “Telegram” kanalında məlumat paylaşıb.
“Yəmən Silahlı Qüvvələri (husilər – red.) hərbi əməliyyat keçirib, bu əməliyyat zamanı dəniz gəmiçiliyi qadağasını pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə Səudiyyə Ərəbistanının “NCC Ghazal” neft tankerinə bir neçə ballistik raketlə hücum edilib”, – o yazıb.
Hərəkat nümayəndəsinin sözlərinə görə, raket atəşi nəticəsində gəmi kursunu dəyişməyə məcbur olub. Səria həmçinin vurğulayıb ki, husilər “mühasirəyə qarşı mühasirə və hərtərəfli eskalasiyaya cavab olaraq hərtərəfli eskalasiya” prinsipi üzrə Səudiyyə Ərəbistanının dəniz blokadasını davam etdirəcək.





