Email 56
Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verən avtomobil qəzasında beş nəfər xəsarət alıb.
“Qasid Media” xəbər verir ki, “Chevrolet” və “VAZ 2107” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.










