Email 35
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qasid Media” xəbər verir ki, şəhərin Yeni Gəncə yaşayış massivində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada Anar Sadiqovu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanalardan birinə aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanılıb.










