Shopping cart

  • Home
  • Hadisə
  • Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA – Ölən və xəsarət alanlar var
Hadisə

Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA – Ölən və xəsarət alanlar var

Email 19

Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib.

“Qasid Media” “Report”a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər