Shopping cart

  • Home
  • Hadisə
  • Füzulidə avtoqəzada xəsarət alan şəxslər Bakıya gətirilib
Hadisə

Füzulidə avtoqəzada xəsarət alan şəxslər Bakıya gətirilib

Email 32

Füzulidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Bakıya gətirilib.

“Qasid Media” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.

1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər