Shopping cart

  • Home
  • Dünya
  • Fransa hakimiyyətindən qərar: Komendant saatı tətbiq ediləcək
Dünya

Fransa hakimiyyətindən qərar: Komendant saatı tətbiq ediləcək

Email 53

Fransanın bir neçə şəhərində qismən komendant saatı tətbiq olunacaq. Ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib ki, yerli hakimiyyət orqanlarına bu cür tədbirlər görməyi tapşırıb.

Bu barədə “Qasid Media” “France Info” nəşrinə istinadən məlumat verir.

Qeyd edək ki, daha əvvəllər Marsel şəhərində saat 12:00 ilə 20:00 arasında toplaşmalar qadağan edilmişdi.

Məhdudiyyətlər ölkənin bəzi şəhərlərinə və bu şəhərlərin mərkəzi hissələrinə şamil ediləcək.

Sebastyan Lekornyu əlavə edib ki, bu gündən (19 oktyabr) etibarən etirazlardan zərər görən müəssisələrdə məzuniyyətlər başlayacaq.

Son məlumatlara görə, oktyabrın 17-dən bəri Fransada keçirilən etiraz aksiyaları zamanı 2 300-dən çox insan saxlanılıb. Ölənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, iğtişaşçılarla toqquşmalarda hüquq-mühafizə orqanlarının təxminən 1 000 əməkdaşı yaralanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər