Shopping cart

  • Home
  • Hadisə
  • Filippində “Bavi” tayfunu qurbanlarının sayı 17-yə çatıb
Dünya

Filippində “Bavi” tayfunu qurbanlarının sayı 17-yə çatıb

Email 38

Filippin ərazisində “Bavi” tayfununun fəsadları nəticəsində ölənlərin sayı 17-yə çatıb.”Qasid Media” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi katibinin müavini Bernardo Alexandro “Dobol B TV” telekanalının efirində bildirib.”Daxil olan məlumatlara görə, 17 nəfər həlak olub. Qurbanların əsas hissəsi Saranqani əyalətində yerləşən Malapatan bələdiyyəsinin payına düşür”, – o bildirib.Bir neçə nəfər itkin düşmüş hesab olunur, hazırda məlumat dəqiqləşdirilir.Təbii fəlakətin fəsadlarından bütün dövlət ərazisində 112 min ailə zərər çəkib. Ölümlərin böyük hissəsi şiddətli leysanların səbəb olduğu torpaq sürüşmələri nəticəsində baş verib. Təxminən 2 900 ailə sığınacaqlara köçürülüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər