Email 14
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) keçmiş vitse-prezidenti Georgios Makropulos 72 yaşında vəfat edib.
“Qasid Media” xəbər verir ki, bu barədə Yunanıstan Şahmat Federasiyası məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Makropulos 1996-cı ildən 2018-ci ilə qədər FIDE-nin vitse-prezidenti vəzifəsində çalışıb.
Funksioner 1982-ci ildən 2021-ci ilə qədər Yunanıstan Şahmat Federasiyasına rəhbərlik edib.







