Shopping cart

  • Home
  • Dünya
  • Feminizm hərəkatının tanınmış siması Qloriya Staynem vəfat edib
Dünya

Feminizm hərəkatının tanınmış siması Qloriya Staynem vəfat edib

Email 35

ABŞ feminist hərəkatının ən nüfuzlu şəxslərindən biri, uzun illər ərzində gender bərabərliyi, qadınların mülki və reproduktiv hüquqları uğrunda çıxış edən Qloriya Staynem 92 yaşında vəfat edib.

“Qasid Media” “Reuters”ə istinadən xəbər verir ki, yazıçı, jurnalist və ictimai fəalın ölümü barədə onun fondu məlumat yayıb.

Staynem sentyabrın 2-də vəfat edib. Bu barədə məlumat fond tərəfindən ertəsi gün “Instagram”da dərc edilib. Ölümün səbəbi açıqlanmır.

1960-cı illərin sonlarından etibarən Staynem ABŞ-də feminist hərəkatının ən diqqətçəkən iştirakçılarından biri olub və bir neçə nəsil qadını ilhamlandırıb. O, abort, cinsi ayrıseçkilik, bərabər əməkhaqqı və məişət zorakılığı mövzularını qaldıran “Ms.” jurnalının həmtəsisçisi və redaksiya məsləhətçisi olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər