Shopping cart

  • Home
  • Maraqlı
  • Dünyanın ən qocaman balinasının yaşı açıqlandı
Maraqlı

Dünyanın ən qocaman balinasının yaşı açıqlandı

Email 24

Dünyanın ən yaşlı Qrenlandiya balinasının yaşı 211 ilə çatır.

“Qasid Media”  “RIA Novosti”yə istinadən xəbər verir ki, bu məlumat iyulun 23-də qeyd olunan Ümumdünya Balinalar və Delfinlər Günü çərçivəsində səsləndirilib.

Rusiya Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, balinalar məməlilər arasında ömür uzunluğuna görə liderliyi əldə saxlayırlar – qeyd olunan bu uzunömürlü fərd də məhz həmin sinfə aiddir.

Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun baş elmi işçisi Andrey Bubliçenko izah edib ki, XIX-XX əsrlərdəki intensiv balina ovçuluğu populyasiyanın yaş tərkibinə ciddi təsir göstərib. Ovçular ilk növbədə ən iri və yaşlı heyvanları ovladıqları üçün bu gün sürü əsasən müqayisədə gənc fərdlərdən ibarətdir.

Alim, həmçinin balinakimilərin heyranedici fizioloji imkanları barədə də danışıb:

“Onlar balıq və kalmarları ovlayarkən böyük dərinliklərə enməyə qadirdirlər. Bu baxımdan mütləq rekordçu dimdikburun hesab olunur – bu növün nümayəndələrinin 2 992 metr dərinliyə dalması və nəfəslərini 222 dəqiqə saxlaya bilməsi halları qeydə alınıb”.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər