Shopping cart

  • Home
  • Uncategorized
  • Dünya Bankı dağıdıcı zəlzələ ilə bağlı Kolumbiyaya 200 milyon dollar ayırıb
Dünya

Dünya Bankı dağıdıcı zəlzələ ilə bağlı Kolumbiyaya 200 milyon dollar ayırıb

Email 61

Dünya Bankı avqustun 10-da baş vermiş dağıdıcı zəlzələdən sonra yardımın göstərilməsi üçün Kolumbiyaya 200 milyon dollar ayırıb.

“Qasid Media” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dünya Bankından bildirilib.

Həmin vəsaitin zərərçəkmiş icmalara və müəssisələrə, o cümlədən səhiyyə sisteminə, mənzil sektoruna, eləcə də kiçik və orta biznesə dəstək üçün yönəldilməsi planlaşdırılır.

Xatırladaq ki, Kolumbiyada avqustun 10-da 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət ölkənin qərbində çoxmənzilli evləri dağıdıb, yaşayış binalarını, məktəbləri və xəstəxanaları zədələyib.

Rəsmilərin məlumatına görə, zəlzələ nəticəsində 285 nəfər ölüb, 4 minə yaxın şəxs yaralanıb, təxminən 400 nəfər isə itkin düşmüş hesab olunur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər