Shopping cart

  • Home
  • Dünya
  • Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib
Dünya

Çində leysan səbəbindən təxminən 65 min nəfər təxliyə edilib

Email 21

Çin hakimiyyəti ölkənin cənub-qərbindəki Sıçuan vilayətində güclü leysan və daşqın təhlükəsi səbəbindən təxminən 65 min nəfəri təxliyə edib.

“Qasid Media” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, avqustun 1-də vilayətin bir neçə şəhərinə, o cümlədən inzibati mərkəzi olan Çenduya yenidən leysan yağışları yağıb. Bəzi rayonlarda bir sutka ərzində 186 mm-ə qədər yağıntı düşüb.

Rəsmi məlumatlara görə, may ayında başlayan daşqın mövsümünün əvvəlindən bəri Sıçuanda ümumilikdə 881 min nəfər təxliyə edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər