Shopping cart

  • Home
  • Dünya
  • Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb
Dünya

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb

Email 27

Bakıda keçirilən ADEX – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə Çin Xalq Respublikasının (ÇXR) müdafiə sənayesi korporasiyası olan NORINCO-nun (China North Industries Group Corporation) vitse-prezidenti Vanq Çuan arasında görüş keçirilib.

“Qasid Media” xəbər verir ki, bu barədə ANAMA-nın “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi, texniki imkanların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər