Email 30
Böyük Britaniya tərəfindən “narkotik maddə ticarəti” cinayətinə görə beynəlxalq səviyyədə axtarılan şübhəlinin ələ keçirilməsi üçün İstanbul Təhlükəsizlik İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) İstanbul İdarəsi birgə iş aparıb.
“Qasid Media” “Haber Global”a istinadən xəbər verir ki, aparılan araşdırmada şübhəlinin yeri müəyyən edilib.
Polis və MİT-in birgə keçirdiyi əməliyyatda şübhəli Mohammed A.K. (39) saxlanılıb.
Saxlanılan şəxs polis dindirməsindən sonra İngiltərəyə aparılması üçün Vilayət Miqrasiya İdarəsinə təhvil verilib.










