Shopping cart

  • Home
  • Hadisə
  • Bakıda hotelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
Hadisə

Bakıda hotelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub

Email 50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qasid Media” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən hotelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb. Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb. Saunanın böyük hissəsi və hotel binası yanğından mühafizə edilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər