Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
İdman

Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb

Email 6

“Zirə” və “Birbaşa Bakı” klubları minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk, “Aznur” isə ikinci matçını keçirib.

“Qasid Media”nın məlumatına görə, E qrupunda yer alan “Birbaşa Bakı” “Ardeleni” (İngiltərə) komandasını 3:2 hesabı ilə məğlub edib.

“Zirə” G qrupundakı ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi “Krayina” ilə heç-heçə edib – 1:1.

F qrupunda mübarizə aparan “Aznur” isə bu gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi “Sokil”ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin “Bukovina Badeuti” kollektivinə 2:3 hesabı ilə yenilib.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri növbəti oyunlarını sabah keçirəcəklər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər