Email 26
Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda “ustad dərsi” keçib.
“Qasid Media” xəbər verir ki, bu barədə AŞF-dən məlumat verilib.
“Ustad dərsi”ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb. O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.







