Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
İdman

Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək

Email 52

Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək.

Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.

Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər