Shopping cart

  • Home
  • İdman
  • Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub 
İdman

Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi olub 

Email 6

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

“Qasid Media”nın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər