Shopping cart

  • Home
  • Gündəm
  • Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq
Gündəm

Avstriyada 14 yaşdan kiçik uşaqlara sosial şəbəkələrə giriş qadağan olunacaq

Email 30

Avstriya hökuməti internetdə uşaqların müdafiəsi sahəsində islahatları təsdiqləyib. Bu islahatlar 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini və böyüklər üçün saytlara daxil olarkən yaşın məcburi yoxlanılmasını nəzərdə tutur.

“Qasid Media” “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə hakim koalisiyanın – Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokrat Partiyası (SPÖ) və NEOS-un nümayəndələri bildiriblər.

Qanun layihəsi artıq nəzərdən keçirilməsi üçün göndərilib və gələn il qüvvəyə minməlidir.

Sosial şəbəkələr üçün 2027-ci aprelin 1-nə qədər qədər keçid dövrü nəzərdə tutulub. Platformalar ya asılılığın yaranmasına səbəb olan elementləri silməli, ya da uşaqların girişini məhdudlaşdırmalı olacaqlar. Qayda pozuntularına görə şirkətin ümumi illik dövriyyəsinin 6 %-nə qədər cərimələr nəzərdə tutulur.

Bundan əlavə, böyüklər üçün saytlara giriş yalnız həddi-büluğa çatma faktı təsdiqləndikdən sonra mümkün olacaq. Yoxlama “ID Austria” sistemi və ya özəl provayder vasitəsilə həyata keçirilə bilər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər