Shopping cart

  • Home
  • Dünya
  • Avropa Komissiyası Ukraynanın maliyyə ehtiyaclarının dəqiq qiymətləndirilməsini gözləyir
Dünya

Avropa Komissiyası Ukraynanın maliyyə ehtiyaclarının dəqiq qiymətləndirilməsini gözləyir

Email 31

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) 90 milyard avroluq krediti çərçivəsində Ukraynaya vəsaitlərin vaxtından əvvəl verilməsinin konkret həcmini hələ ki, nəzərdən keçirmir.

“Qasid Media” xəbər verir ki, bunu bazar ertəsi Avropa Komissiyası nümayəndəsi Balaş Ujvari bildirib.

Məlumata görə, buna səbəb təşkilatın əvvəlcə Kiyevin 2026-2027-ci illər üçün maliyyə ehtiyaclarının daha dəqiq qiymətləndirilməsini əldə etmək istəməsidir.

Onun sözlərinə görə, bu məsələ sentyabrın 7-si iqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis ilə Ukraynanın Baş naziri Sergey Koretski arasında keçirilən görüşdə müzakirə olunub.

“Görüş zamanı tərəflər Ukraynanın iki illik maliyyə ehtiyaclarını, 90 milyard avroluq proqram çərçivəsində vəsait əldə etmək üçün zəruri olan islahatların icrasını, eləcə də Ukraynanın 2027-ci il üçün maliyyə strategiyasının hazırlanmasını müzakirə ediblər. Aİ bu il Ukraynaya ümumilikdə 45 milyard dollar təqdim etməyi planlaşdırır”,- o qeyd edib.

Onun sözlərinə görə, 11,6 milyard dollar artıq köçürülüb, yeni ödənişlərin isə yaxın həftələrdə həyata keçirilməsi gözlənilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər