Shopping cart

  • Home
  • Hadisə
  • Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb
Hadisə

Ukraynaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb

Email 6

Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki Prilukiyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 18 nəfərə çatıb”, – məlumatda bildirilib.

Zərbələr nəticəsində 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların aradan qaldırılması davam edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər