Shopping cart

Uncategorized

Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub

Email 71

Almatıda elektrik enerjisinin verilişində yaranmış fasilələr və işıqforların kütləvi şəkildə sönməsi nəticəsində 8 ballıq tıxaclar yaranıb.

“Qasid Media” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Almatıda bir çox yolayrıcında işıqforların işləməməsi nəticəsində hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Abay, Əl-Fərabi, Rayımbek və Nazarbayev prospektlərində, eləcə də Satbayev, Jandosov və Tole bi küçələrində tıxaclar yaranıb.

Kanye Uestin konsertinin keçirilməsi ilə əlaqədar Mərkəzi stadion ərazisində hərəkətin məhdudlaşdırılması yolların daha da yüklənməsinə səbəb olub.

“KEGOC” sistem operatoru bərpa işləri aparır. Bir sıra regionlarda elektrik enerjisinin verilişi artıq bərpa olunub. Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər