Email 33
Almaniyanın hüquq-mühafizə orqanları elektrik şəbəkəsi infrastrukturu obyektlərinə silsilə hücumlarla bağlı istintaq çərçivəsində 21 partlayıcı qurğu aşkar edib.
“Qasid Media” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Saksoniya əyalətinin prokurorluğu məlumat yayıb.
“Bütün qurğular zərərsizləşdirilib”, – prokurorluğun bəyanatında deyilir.
Qeyd olunur ki, elektrik şəbəkələrinə silsilə hücumlara görə Almaniya hakimiyyət orqanları artıq bir neçə gündür ki, yüksək hazırlıq vəziyyətinə gətirilib.








