Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Almaniya 7 ayda Azərbaycandan 360 min tondan çox neft tədarük edib
İqtisadiyyat

Almaniya 7 ayda Azərbaycandan 360 min tondan çox neft tədarük edib

Email 81

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Almaniyaya 360 min 299 ton xam neft ixrac edib.

“Qasid Media”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7ayı ilə müqayisədə 45,5 %, dəyəri isə 40,9 % azdır.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,8 % olub.

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dollarıolan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər