Shopping cart

  • Home
  • Gündəm
  • AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Dünya

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Email 34

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.

“Qasid Media” xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib.

“Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında “pilot zonalar”ın yaradılacağı cənub bölgələrindən öz qüvvələrini çıxarmağa başlamaq niyyətini elan etməsindən sonra qəbul olunub”, – o deyib.

Qeyd olunub ki, ABŞ-nin hərbi nümayəndə heyəti Beyrutda Livan ordusunun komandanlığı ilə İsrail qoşunlarının ölkənin cənubundakı ərazilərdən birindən çıxarılmasına dair razılaşmanın icrası məsələsini müzakirə edib.

Onun sözlərinə görə, ABŞ tərəfinin əsas məqsədi əldə olunmuş razılaşmaların praktik icrasını təmin etməkdir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər