Shopping cart

  • Home
  • Mədəniyyət
  • Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib
Mədəniyyət

Adil Kərimli Pakistan səfiri ilə mədəni əməkdaşlığı müzakirə edib

Email 11

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

“Qasid Media” xəbər verir ki, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin təməlində iki ölkə liderləri arasında mövcud olan möhkəm dostluq və qarşılıqlı etimadın dayandığını qeyd edib.

O, həmçinin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Q.Mohiuddin səmimi qəbula görə təşəkkürünü bildirərək, Pakistanın Azərbaycan ilə mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər