Shopping cart

  • Home
  • Hadisə
  • İsrail Livana beş məhbusu təhvil verəcək
Hadisə

İsrail Livana beş məhbusu təhvil verəcək

Email 32

İsrail ABŞ-nin vasitəçiliyi ilə Təl-Əviv və Beyrut arasında davam edən danışıqlar çərçivəsində bu gün beş məhbusu Livana qaytarmaq niyyətindədir.

“Qasid Media” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bu addım İsrail və “Hizbullah” arasında münaqişənin dayandırılmasına yönəlmiş danışıqlar fonunda İsrailin jesti kimi qiymətləndirilir. Danışıqların növbəti raundunun bu ayın sonunda Romada keçirilməsi planlaşdırılıb.

Daha əvvəl bildirilmişdi ki, Livan və İsrail livanlı məhbusların müqabilində livanlıların və israilli yəhudilərin meyitlərinin geri qaytarılması məsələsi üzrə ayrıca danışıqlar aparır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər