Shopping cart

  • Home
  • Dünya
  • Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb
Dünya

Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb

Email 54

Göyərtəsində 2,5 min konteyner olan gəmi Hörmüz boğazında dəniz minasına düşərək partladıqdan sonra batıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, gəmi qanunsuz yük daşıyıb və Hörmüz boğazından “icazəsiz və təhlükəli marşrutla” keçməyə çalışıb.

Dəniz minası ilə toqquşma nəticəsində konteyner gəmisinin göyərtəsində partlayış baş verib, bundan sonra yanğın başlayıb.

Məlumata əsasən, gəmi oktyabrın 14-ü səhər saatlarında batıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər