Shopping cart

  • Home
  • Hadisə
  • Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə

Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Email 8

Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsində xəsarət alanların vəiyyəti açıqlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 07.10.2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər