Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda 9 ayda büdcədən 254 milyon manatdan çox vəsait geri qaytarılıb
Gündəm

Azərbaycanda 9 ayda büdcədən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Email 10

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 254 milyon 453,6 min manat vəsait geri qaytarılıb.

“Qasid Media” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər