Shopping cart

  • Home
  • İdman
  • “Zirə” UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
İdman

“Zirə” UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb

Email 35

“Zirə” UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qasid Media” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Torpedo” komandasının qonağı olub.

Kutaisidəki “Şengeliya Arena”da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0.

25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən “Zirə” II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Qartallar” bu raundda Estoniyanın “Payde” klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər