Shopping cart

  • Home
  • Hadisə
  • Zimbabvedə göldə bərə aşıb, 44 nəfər ölüb
Hadisə

Zimbabvedə göldə bərə aşıb, 44 nəfər ölüb

Email 75

Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində azı 44 nəfər ölüb.

“Qasid Media” xəbər verir ki, bu barədə ölkənin polisi “X” sosial şəbəkəsində bildirib.

Polis, xilas edilən, yaralanan və ölən sərnişinlər haqqında tam məlumatı hadisə yerindəki işlər başa çatdıqdan sonra yayacaq.

“ZBC News”un məlumatına görə, gəmidə təxminən 160 sərnişin olub, lakin gəmi yalnız 90 nəfər tutumunda imiş.

Qeyd olunub ki, 74 nəfəri xilas etmək mümkün olub, 75-i isə itkin düşmüş hesab olunur.

Xilasedicilər insanları qayıqlar və helikopterlər vasitəsilə axtarırlar.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər