Shopping cart

  • Home
  • Hərbi
  • “Yonhap”: KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Hərbi

“Yonhap”: KXDR Yapon dənizinə ballistik raketlər buraxıb

Email 37

Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, raketlər Vonsan ərazisindən saat 05:20 (Bakı vaxtı ilə 00:20) radələrində buraxılıb və təxminən 250 kilometr uçduqdan sonra dənizə düşüb. Cənubi Koreya hərbçiləri amerikalı həmkarları ilə birlikdə buraxılan raketlərin dəqiq xüsusiyyətlərini təhlil edirlər.

Buraxılışlar Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından bir gün sonra baş verib. Mənbələrin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR), ehtimal ki, “Hvason-11” seriyalı ballistik raketlərin və 600 mm kalibrli yaylım atəşli reaktiv sistem mərmilərinin bir neçə ardıcıl buraxılışını həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər