Email 7
Fransanın Sakit okeanın cənubundakı dənizkənarı ərazisi, Yeni Kaledoniyanın bir hissəsi olan Luayota adalarının şimal-şərqində 6,6 manqitudada zəlzələ qeydə alınıb.
“Qasid Media”nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib.
Zəlzələnin episentri Numea şəhərindən 252 km şimal-şərqdə, ocağı isə 6 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.










