Shopping cart

  • Home
  • İdman
  • Xavi Niderland yığmasının baş məşqçisi təyin edilib
İdman

Xavi Niderland yığmasının baş məşqçisi təyin edilib

Email 36

İspaniyalı mütəxəssis Xavi futbol üzrə Niderland yığmasının baş məşqçisi olub.

“Qasid Media” xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssislə müqavilə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulub.

Bu postda Xavi komandanın DÇ-2026-nın 1/16 finalındakı məğlubiyyətindən sonra istefaya gedən Ronald Kumanı əvəz edib.

2021-ci ildən 2024-cü ilə qədər Xavi “Barselona”nın baş məşqçisi postunu tutub. Onun rəhbərliyi altında Kataloniya komandası İspaniya çempionatını və ölkə Superkubokunu qazanıb. Bundan əvvəl mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, İspaniyanın bütün dövrlərinin ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər