Shopping cart

  • Home
  • Hadisə
  • Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi
Hadisə

Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi

Email 27


Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qasid Media” AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyadanı vurub.

Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Böyükağa Abbasəli oğlu Abbasov dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında, B.Abbasov kənddəki kompüter oyunları zalından evə qayıdan zaman baş verib.

Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecində təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər