Shopping cart

  • Home
  • Gündəm
  • Vüsal Hüseynov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Gündəm

Vüsal Hüseynov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Email 18

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Mentorluq Proqramı çərçivəsində beşinci Yüksəliş müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevlə fərdi görüşlər keçirib.

“Qasid Media” xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.

Qeyd edilib ki, görüşlər zamanı Mentorluq Proqramı çərçivəsində görülən işlər nəzərdən keçirilib, mentilərin bu müddətdə qazandığı bilik və təcrübələr, eləcə də onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mentorluq prosesinin növbəti mərhələsi ilə bağlı gözləntilər dəyərləndirilib.

Bildirilib ki, Xidmət rəisi Vüsal Hüseynov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevin mentorudur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər