Shopping cart

  • Home
  • Gündəm
  • Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib
Gündəm

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Email 28

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müsabiqənin nəticələrinə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla keçidvasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcək.

Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər