Shopping cart

  • Home
  • Gündəm
  • Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub
Gündəm

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı olub

Email 29

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub.

“Qasid Media” xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.

Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb.

“Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd olunub.

Görüş zamanı Hokon hökuməti V Haraldın vəfatı və özünün taxta çıxması barədə rəsmi qaydada məlumatlandırıb. Yeni kral VIII Hokon adını götürüb. O, “Hər şey Norveç üçün” seçkiqabağı kampaniya şüarını saxlayıb.

Ölkə hökuməti milli matəm elan edib və bu, V Haraldın dəfn mərasimi başa çatana qədər davam edəcək.

V Harald 89 yaşında Oslonun “Rikshospitale” universitet xəstəxanasında vəfat edib.

Medianın məlumatına görə, kralın ölümü ilə əlaqədar Oslo meri Anne Lindbo cümə günü baş tutmalı olan toyunu təxirə salıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər