Shopping cart

  • Home
  • İdman
  • UEFA Çempionlar Liqası: “Sabah” növbəti sınaq qarşısında
İdman

UEFA Çempionlar Liqası: “Sabah” növbəti sınaq qarşısında

Email 48

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz “Sabah” klubu doğma meydanda Finlandiyanın “KuPS komandası ilə qarşılaşır.

“Qasid Media” xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” ilk təsnifat mərhələsində Uelsin TNS klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib.

“KuPS” isə Makedoniyanın “Vardar” klubunu üstələyib. İlk oyunda səfərdə 2:0 hesablı qələbəyə sevinən finlandiyalılar ikinci qarşılaşmada doğma meydanda 2:3 hesabı ilə məğlub olublar.

Xatırladaq ki, “Sabah” və “KuPS” arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər