Shopping cart

  • Home
  • İdman
  • UEFA Çempionlar Liqası: “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gəlir
İdman

UEFA Çempionlar Liqası: “Sabah” Norveçdə “Vikinq”lə üz-üzə gəlir

Email 11

“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.

“Qasid Media”nım məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq.

Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.

“Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına uduzub – 1:2. Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

“Vikinq” isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi “Bavariya” ilə bərabərə qalıb – 3:3.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər