Shopping cart

  • Home
  • İdman
  • UEFA Avropa Liqası: “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib 
İdman

UEFA Avropa Liqası: “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib 

Email 27

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” (İslandiya) komandasını üstələyən “Qarabağ” növbəti raunda adlayıb.

“Qasid Media”  xəbər verir ki, Reykyavikdəki “Torfnesvöllur” stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər