Shopping cart

  • Home
  • İdman
  • UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan təmsilçisinə qarşı
İdman

UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan təmsilçisinə qarşı

Email 33

Bu gün təmsilçimiz “Qarabağ” avrokuboklarda növbəti oyununa çıxır.

“Qasid Media” xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında doğma meydanda Bolqarıstanın “ÇSKA Sofiya” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Qarabağ” ilk mərhələdə İslandiyanın “Vestri” klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib.

“ÇSKA Sofiya” isə hər iki oyunda Şimali İrlandiyanın “Derri Siti” klubundan üstün olub – 2:1 və 3:2.

Xatırladaq ki, “Qarabağ” və “ÇSKA Sofiya” klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər